Rusiyanın Ukraynaya qarşı heç bir xoş niyyəti yoxdur.
AzerTimes xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Tvitterdə yazıb.
O bildirib ki, rəsmi Moskva kimisə müdafiə etmir, həyatları məhv edir:
“Qorxaq və qeyri-insani hərəkətlər bunu təsdiqləyir”.
Qeyd edək ki, bu gün Rusiya Ukraynanın Zaporejye şəhərində mülki vətəndaşları daşıyan avtomobil karvanını bombalayıb, azı 25 nəfər ölüb, 52 nəfər yaralanıb.