ABŞ-dan Rusiyanın Kiyevə zərbələrinə reaksiya…

ABŞ-dan Rusiyanın Kiyevə zərbələrinə reaksiya…

ABŞ tərəfdaşları ilə birlikdə Kiyevin ölümcül atəşə tutulmasına görə Rusiyanın məsuliyyətə cəlb edilməsi üçün əlindən gələni edəcək.

AzerTimes xəbər verir ki, bunu ABŞ-ın Ukraynadakı səfiri Bricit Brink deyib.

“Rusiyanın Kiyevin mərkəzindəki yaşayış binasına və uşaq bağçasına raket zərbələri endirməsi ilə bağlı bu gün yayılan xəbərlərdən hiddətləndim. Kreml ayrıseçkilik etmədən Ukrayna vətəndaşlarını hədəf almağa davam etdiyi üçün ABŞ və tərəfdaşları onu məsuliyyət daşıması üçün əlindən gələni edəcək”,- səfir bildirib.

Teqlər: