Bugünkü çoxqütblü dünyada ABŞ, Çin və Rusiya da daxil olmaqla ən azı üç fövqəldövlət var. Bu, getdikcə daha aydın görünür.
AzerTimes xəbər verir ki, bunu ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Mark Milli deyib.
“ABŞ SSRİ-nin dağılmasından sonra yeganə superdövlət olaraq qalırdı, lakin bu, dəyişib. İndi getdikcə daha aydın olur ki, biz həqiqətən də ən azı üç fövqəldövlətin – ABŞ, Çin və Rusiyanın olduğu çoxqütblü beynəlxalq mühitdəyik”, – o bildirib.
O qeyd edib ki, gələcək onilliklərdə dünya çox ciddi problemlər və böhranlarla üzləşəcək:
“Bəzi dövlətlər öz regionlarında getdikcə daha əhəmiyyətli rol oynayırlar. Bir müddət sonra onlar da super güc statusuna iddia etməyə başlayacaqlar”.