ABŞ Rusiyanın Ukraynada nüvə silahından istifadə etməyə hazırlaşdığına dair heç bir əlamət görmür və Vaşinqton nüvə strategiyasını dəyişməyi planlaşdırmır.
AzerTimes xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karin Jan-Pyer deyib.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin rusiyalı jurnalist Dmitri Kiselyova müsahibəsində ölkəsinin hərbi-texniki baxımdan nüvə müharibəsinə hazır olduğunu açıqlamışdı.