Rusiya və onun prezidenti Vladimir Putin ABŞ-da 2024-cü ildə keçiriləcək prezident seçkilərindən mümkün qədər uzaq durmalıdır.
AzerTimes xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji əlaqələr üzrə koordinatoru Con Kirbi deyib.
“Düşünürəm ki, cənab Putin administrasiyanın Rusiyanın bütün dünyada bədxah təsirinə, o cümlədən Ukraynada törətdiklərinə qarşı nələr etdiyini yaxşı bilir. Cənab Putin bizim seçkilərdən uzaq durmalıdır”, – deyə o bildirib.