Qərb kəşfiyyat orqanlarının Yevgeni Priqojinin avqustun 23-də təyyarə qəzasında öldüyünü rəsmən təsdiqləməsi üçün müəyyən vaxt lazım ola bilər.
AzerTimes xəbər verir ki, bu sözləri ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Mark Milli deyib.
Milli bildirib ki, təyyarənin qəzaya uğramasına nəyin səbəb olduğu hələ məlum deyil:
“Lakin ABŞ kəşfiyyatının ilkin hesabatları daxili partlayışa işarə edir. Sizi əmin edə bilərəm ki, ABŞ-ın bununla heç bir əlaqəsi yoxdur”.