ABŞ-ın ən böyük 20 bankından biri olan “Birinci Respublika” (First Republic) müflis olduğunu elan edib.
AzerTimes xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.
Qeyd edək ki, bu, ABŞ-da son iki ayda müflis olan 3-cü böyük bankdır. Bundan öncə “Silicon Valley” və “Signature” bankları ləğv edilib.