ABŞ hipersəs silahlarının bir sıra komponentlərini uğurla sınaqdan keçirib.
AzerTimes xəbər verir ki, bu barədə “Röyters” agentliyi məlumat yayıb.
“10-a yaxın sınaq çərçivəsində naviqasiya avadanlığı və rabitə sistemlərinin işi, həmçinin hipersəs uçuş şəraitində materialların etibarlılığı yoxlanılıb”, – deyə bildirilib.
Sınaq barədə təfərrüatlı məlumat verilməyib.