ABŞ-dan 40 F-16 qırıcısı almaq, 79 təyyarəni isə müasirləşdirmək üçün fəaliyyətimizi davam etdiririk.
AzerTimes xəbər verir ki, bunu Türkiyə milli müdafiə naziri Hulusi Akar deyib.
“Bu müsbət yanaşmalardan (ABŞ-ın qarşıdakı il üçün müdafiə büdcəsində F-16 qırıcıları ilə bağlı Türkiyəyə tətbiq olunan məhdudiyyətlərin aradan qaldırılması – red.) asılı olaraq indi ABŞ-dan müsbət və konkret addımlar gözləyirik”, – Akar söyləyib.