Biz Bakı və İrəvanın Moskva görüşü zamanı orada olmamışıq, lakin danışıqlar bizim üçün hələ də prioritetdir. ABŞ dövlət katibi bir neçə həftə əvvəl Vaşinqtonda hər iki tərəflə görüşüb, bundan sonra Brüsseldə danışıqlar davam edib. Biz danışıqları dəstəkləyirik.
AzerTimes xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib.
“Biz razılığın əldə oluna biləcəyinə inanırıq və tərəflərin həll olunmamış məsələlərdə razılığa gəlmək üçün birgə işləməsində israr edirik”, – o bildirib.
Dövlət katibinin yaxın günlərdə və ya həftələrdə tərəflərlə görüşüb-görüşməyəcəyi ilə bağlı suala Departamentinin sözçüsü belə cavab verib:
“Dövlət katibi onlarla bir neçə həftə əvvəl görüşüb. O, onlarla əlaqə saxlamağa davam edəcək. Amma hələ ki, növbəti görüşlər barədə məlumatım yoxdur”.