ABŞ Azərbaycan və Ermənistanla istənilən formatda işləməyə hazırdır.
AzerTimes xəbər verir ki, ABŞ Dövlət Departamenti ATƏT-in Minsk qrupunun gələcək formatı və bununla bağlı Amerika tərəfinin mövqeyi ilə bağlı erməni mediasının sorğusuna cavabında deyib:
“ABŞ hökuməti Ermənistan və Azərbaycanın uzunmüddətli və şərəfli sülh razılaşması əldə etmək səylərini dəstəkləyir. Biz hər iki tərəflə tərəflərin razılaşa biləcəyi və irəliləyiş əldə edə biləcəkləri istənilən formatda işləməyə hazırıq”