ABŞ-dan İsrailə xəbərdarlıq: Hizbullahla savaşa girmə!

ABŞ-dan İsrailə xəbərdarlıq: Hizbullahla savaşa girmə!

ABŞ İsraili Hizbullaha qarşı hərbi kampaniya başlatmamağa çağırır, çünki İsrail ordusunun səhvi daha böyük müharibəyə səbəb olacaq.

AzerTimes xəbər verir ki, bu barədə “Tayms of İsrail” nəşrinin yaydığı məqalədə bildirilib.

Vurğulanıb ki, Vaşinqton davam edən müharibənin Qəzzanın hüdudlarından kənara yayılmasının qarşısını almağa çalışır. ABŞ İsrailə Hizbullah hücumlarına hərbi cavab verərkən diqqətli olması barədə xəbərdarlıq edib: “İsrail ordusunun Livandakı səhvi daha böyük müharibəyə səbəb ola bilər”.

Bununla yanaşı, ABŞ Hizbullahın ölkənin şimal sərhədlərinə artan hücumlarına İsrailin cavab verməsini qəbul edir. Əgər Hizbullah İsrailə qarşı müharibəyə başlayarsa, ABŞ da İsrail ordusuna qoşulacaq.

Qeyd edək ki, Livan Hizbullahı Qəzza zolağında xəstəxanaya hücumla əlaqədar “Qəzəb günü” elan edib və tərəfdarlarını kütləvi nümayişlərə çağırıb.

Teqlər: