ABŞ İsrailə xəbərdarlıq edib ki, İordan çayının qərb sahilindəki mümkün addımlarına görə münasibətləri pisləşə bilər.
AzerTimes xəbər verir ki, bu barədə “Haaretz” qəzeti mənbələrinə istinadən məlumat yayıb.
“ABŞ İsrailin İordan çayının qərb sahilinin sakinlərinə münasibətinin dəyişməsini birtərəfli ilhaq və hətta aparteid kimi görəcək. ABŞ rəsmiləri açıq şəkildə bildirdilər ki, İordan çayının qərb sahilində birtərəfli hərəkətlər İsrailin statusuna və onun ən mühüm təhlükəsizlik maraqlarına ciddi zərbə vuracaq. Bu cür hərəkətlər ABŞ və onun Prezidenti Co Baydenin üzünə vurulan sillə kimi qiymətləndiriləcək. Bu, iki dövlət arasında münasibətlərin əhəmiyyətli dərəcədə pisləşməsinə səbəb ola bilər”, -məlumatda deyilir.
Qəzetin yazdığına görə, İsrailin qeyri-rəsmi əlaqələri olduğu ölkələrin nümayəndələri də israilli həmkarlarına xəbərdarlıq ediblər ki, İordan çayının qərb sahilində siyasətdə baş verən dəyişikliklər onların vətəndaşlarının ictimai rəyinə təsir göstərə və münasibətlərin saxlanmasını çətinləşdirə bilər.