İsrail bütün diqqətini HƏMAS-ın ali rəhbərliyinin aradan qaldırılmasına yönəldib və buna daha tez nail olmaq olar.
AzerTimes xəbər verir ki, bunu ABŞ Prezidenti Baydenin baş hərbi müşaviri, Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Çarlz Braun deyib.
“Düşünürəm ki, bu nə qədər uzansa, bir o qədər çətin olacaq”, – deyə Braun qeyd edib.
O, İsrailin Qəzza zolağında müharibə qanunlarına hörmətlə yanaşacağına əminliyini ifadə edib.