ABŞ-dan İsrailə hərbi texnika daşıyan 200-cü təyyarə gəlib.
AzerTimes xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hərbi əməliyyatlar başlayandan bəri İsrail ABŞ-dan 10 min ton hərbi texnika alıb.
“İsrail Müdafiə Nazirliyi və ordu Qəzza zolağında əməliyyatın məqsədlərinə nail olmaq üçün optimal əməliyyat imkanlarını təmin etmək üçün çalışır”, – məlumatda qeyd olunub.