ABŞ Prezidenti Co Bayden İsrail və Ukraynaya müdafiə yardımı, habelə sərhəd təhlükəsizliyinin maliyyələşdirilməsi və Tayvan da daxil olmaqla Hind-Sakit okean regionundakı ölkələrə dəstək üçün təxminən 100 milyard dollarlıq əlavə müraciəti nəzərdən keçirir.
AzerTimes xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.
Bununla belə, bildirilir ki, Ukraynaya yardım Nümayəndələr Palatasında respublikaçıların razılığını tələb edir.