ABŞ Qəzza zolağındakı tibb müəssisələrinə təsir edən döyüşlərə qarşıdır.
AzerTimes xəbər verir ki, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan deyib.
Onun sözlərinə görə, Vaşinqton bu mövqeyini İsrail Müdafiə Qüvvələrinə çatdırıb:
“ABŞ günahsız insanların, tibbi yardım alan xəstələrin atəşə tutulduğu xəstəxanalarda atışma görmək istəmir. Bu məsələ ilə bağlı İsrail ordusu ilə aktiv məsləhətləşmələr aparmışıq”.