ABŞ-dan İranla bağlı xəbərdarlıq: Tədbirlər görəcəyik!

ABŞ-dan İranla bağlı xəbərdarlıq: Tədbirlər görəcəyik!

İraqda İrana bağlı “Kətaib-i Hizbullah” və “Hərəkət əl-Nücəba” silahlı qruplaşmaları terror təşkilatlarıdır.

AzerTimes xəbər verir ki, bunu ABŞ müdafiə naziri Lloyd Ostin İraqın Baş naziri Məhəmməd Şia əl-Sudani ilə telefon danışığı zamanı deyib.

Ostin İrana bağlı qüvvələrin ABŞ hədəflərinə hücumlarını müzakirə edərək, adıçəkilən silahlı qrupların bu hücumlara görə məsuliyyət daşıdıqlarını deyib.

“İraq hökuməti ölkədəki diplomatik heyəti və beynəlxalq anti-İŞİD koalisiya qüvvələrini qorumağa borcludur. ABŞ-ın isə bu hücumlar qarşısında özünü müdafiə etmək hüququ var”, – o bildirib.

Teqlər: