ABŞ Prezidenti Co Bayden administrasiyası İranı İsrailə qarşı növbəti hücuma qarşı xəbərdar edib.
AzerTimes xəbər verir ki, bu barədə “Axios” ABŞ rəsmisinə istinadən yazıb.
Bildirilib ki, xəbərdarlıq mesajı Vaşinqtondan Tehrana İsveçrə vasitəsilə ötürülüb:
“İran İsrailə cavab verərsə, yəhudi dövlətini cilovlaya bilməyəcəyik”.
Qeyd olunur ki, zərbələr İraq ərazisindən endirilsə belə, İsrail cavab hücumu həyata keçirə bilər.
İsrail rəsmilərindən biri “Axios”a deyib:
“Hər şey hücumun nə qədər kütləvi olmasından və onun nəticələrindən asılı olacaq”.