ABŞ-dan İrana xəbərdarlıq: Ağır nəticələri olacaq!

ABŞ-dan İrana xəbərdarlıq: Ağır nəticələri olacaq!

ABŞ təqaüddə olan məmurlar da daxil olmaqla, ölkə vətəndaşlarının həyatına qəsd etməyə cəhd etdiyi təqdirdə İrana ağır zərbə vurmağa hazırdır.

AzerTimes xəbər verir ki, bunu ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan deyib.

“Biz bunu əvvəllərdə bildirmişik və indi də deyirik: Co Bayden administrasiyası bütün Amerika vətəndaşlarını zorakılıq və terror təhdidlərindən qorumaqdan imtina etməyəcək. Əgər İran vətəndaşlarımızdan hər hansı birinə zərər verərsə, o zaman ölkə ağır nəticələrlə üzləşəcək”, – Sullivan bildirib.

Qeyd edək ki, bu gün ABŞ SEPAH üzvünü Donald Trampın hakimiyyəti dövründə prezidentin milli təhlükəsizliyi üzrə köməkçisi olmuş Con Boltona qarşı sui-qəsd planlaşdırmaqda ittiham edib.

Teqlər: