ABŞ İrandan PUA-ların Rusiyaya tədarükünü dayandırmasını tələb edir.
AzerTimes xəbər verir ki, bu barədə “Faynenşl Tayms” mənbələrə istinadla məlumat yayıb.
“İran rəsmisinin və danışıqlar barədə məlumatlı olan bir şəxsin sözlərinə görə, ABŞ İrandan Rusiyaya PUA və onların ehtiyat hissələrinin çatdırılmasını dayandırmasını istəyir”, – nəşr bildirib.
Məlumata görə, məsələnin müzakirəsi ABŞ və İran arasında əsirlərin mübadiləsinə dair saziş üzrə danışıqlar zamanı baş tutub:
“İddialara görə, Tehran dəfələrlə Moskvadan PUA-lardan münaqişədə istifadəni dayandırmağı xahiş edib, lakin Vaşinqton daha konkret addımlar istəyir”.