İranın Fələstin-İsrail münaqişəsində əli olduğu məlum olarsa, ABŞ Qətər bankında saxladığı İranın 6 milyard dollarını istənilən vaxt yenidən dondura bilər.
AzerTimes xəbər verir ki, bunu Ağ Evin milli təhlükəsizlik üzrə sözçüsü Con Kirbi bildirib.
“Mən burada heç bir siyasi qərar elan etmək üçün deyiləm, lakin bu pul dondurula bilər”, – Kirbi deyib.
Kirbinin sözlərinə görə, sözügedən məbləğin transferi istənilən vaxt dayandırıla bilər.
Eyni zamanda o, bu vəsaitin indiyədək bir dinarının belə xərclənmədiyini vurğulayıb.