ABŞ İrana himayə etdiyi husilərlə bağlı xəbərdarlıq edib.
AzerTimes xəbər verir ki, bu barədə ABŞ-ın BMT-də İslahat və İdarəetmə üzrə məsul nümayəndəsi səfir Kristofer Lu Şuran məlumat yayıb.
O bildirib ki, ABŞ İranla münaqişəyə can atmır, lakin Tehranın iki yolu var: “Ya hazırkı mövqeyini saxlamaq, ya da husilərin hücumlarına dəstəyini geri çəkmək”.
ABŞ rəsmisi Qırmızı dənizdə husilərin hücumları ilə bağlı BMT Təhlükəsizlik Şurasını təcili tədbirlər görməyə çağırıb.
Xatırladaq ki, husilər dekabrın 31-də Qırımızı dənizdə ABŞ-nin yük gəmisini ələ keçirməyə cəhd etdikdən sonra ABŞ qüvvələri ilə toqquşmada 10 üzvünü itirib. Ötən ilin noyabrın 19-dan bu yana 20-dən çox hücum həyata keçirilib. Həmçinin, yanvarın 3-də başqa bir ABŞ gəmisi hədəfə alınıb.