ABŞ-dan İrana: Dərhal tankeri azad edin!

ABŞ-dan İrana: Dərhal tankeri azad edin!

ABŞ İranı “St Nikolas” neft tankerini və heyətini dərhal azad etməyə çağırıb.

Trend-in məlumatına görə, bu barədə brifinq zamanı ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəis müavini Vedant Patel bildirib.

Patel gəminin ələ keçirilməsinin qanunsuz olduğunu vurğulayıb. O qeyd edib ki, İranın bu cür hərəkətləri beynəlxalq ticarəti pozmağa yönəlib.

Xatırladaq ki, İran hərbi dəniz qüvvələri Oman körfəzində Amerika neft tankerini məhkəmənin qərarı ilə saxladığını təsdiqləmişdi.

Teqlər: