Tehranla Moskva arasında hərbi əlaqələr son bir neçə ayda daha da dərinləşib.
AzerTimes xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays deyib.
“Ümumi qiymətləndirməmiz dəyişməyib. İran hələ də Rusiyanın təhlükəsizlik yardımının ən mühüm mənbəyidir. Bu, uzun müddətdir mövcud olsa da, son aylarda Rusiya və İran arasında tərəfdaşlıq daha da artıb”, – Prays bildirib.