ABŞ gəmisinə atılan iki raket gəminin yaxınlığındakı suya düşüb, heç bir xəsarət və dağıntıya səbəb olmayıb.
AzerTimes xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
Qeyd edək ki, Husi qruplaşması ötən gün Səna vaxtı ilə axşam saat 21:00 radələrində ABŞ-a məxsus tanker gəmisinə iki ballistik raket atıb.