ABŞ-dan hərbi məsləhətlər alırıq – İrəvan

ABŞ-dan hərbi məsləhətlər alırıq – İrəvan

Ermənistan hərbi islahatlar çərçivəsində ABŞ və digər beynəlxalq tərəfdaşlardan məsləhətlər alır.

AzerTimes xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi ABŞ Dövlət Departamentinin Vaşinqtonun öz hərbi nümayəndəsini yerli hərbi idarədə işləmək üçün İrəvana göndərməsi barədə bəyanatını şərh edərkən deyib.

“Ordu islahatları çərçivəsində Ermənistan Müdafiə Nazirliyi ABŞ və digər beynəlxalq tərəfdaşlardan qısamüddətli və ya uzunmüddətli ola biləcək məsləhət dəstəyi alıb və alır”, – məlumatda bildirilib.

Teqlər: