ABŞ-dan Gürcüstanla bağlı gözlənilməz xəbərdarlıq…

ABŞ-dan Gürcüstanla bağlı gözlənilməz xəbərdarlıq…

ABŞ-ın Gürcüstandakı səfirliyi respublikadakı amerikalılara elektron məktublar göndərərək onları parlament seçkiləri günü, oktyabrın 26-da insanların sıx olduğu yerlərə getməməyi tövsiyə edib.

AzerTimes xəbər verir ki, bu barədə Gürcüstanın “İmedi” telekanalı məlumat yayıb.

Xəbərdarlıqda deyilir ki, seçki günü anidən mitinqlər, aksiyalar keçirilə bilər.

Səfirlik bildirir ki, keçmişdə Gürcüstanda polisin zorakılığı ilə müşayiət olunan mitinqlər keçirilib və gələcəkdə də etirazlarda bu kimi halların olması istisna deyil.

Diplomatik missiya amerikalıları izdihamlı yerlərdə sayıq olmağa, etirazların keçirildiyi yerlərdən uzaq durmağa çağırıb.

Teqlər: