“Patriot” Hava-Hücumundan müdafiə sistemi Ukraynaya Rusiyanın qanadlı raketlərinə qarşı mübarizədə yardım etməyəcək.
AzerTimes xəbər verir ki, bu barədə Ağ Evin Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.
“Patriot” sistemi ballistik raketlərin vurulması üçün hazırlanıb, o, qanadlı raketlər üçün effektiv deyil. Eyni zamanda dronlar üçün də effektiv olmayacaq”, – Kirbi bildirib.
O əlavə edib ki, Ukraynanın hipersəs raketlərini ələ keçirmək imkanlarının məhdud olması da təəccüblü deyil:
“Ümumiyyətlə, hipersəs raketlərinin qarşısını almaq çox çətindir”.