ABŞ-dan gətirilən silah baronu partiya üzvü oldu

ABŞ-dan gətirilən silah baronu partiya üzvü oldu

ABŞ-dan ekstradisiya edilən rusiyalı silah baronu Viktor But Rusiya Liberal Demokrat Partiyasına üzv qəbul edilib.

AzerTimes xəbər verir ki, bu barədə partiyanın lideri Leonid Slutski məlumat verib.

“Uzun illər həbsxanalarda prinsiplər, bugünkü Rusiyanın mənəvi və əxlaqi əsasları uğrunda mübarizənin simvoluna çevrilmiş cəsarətli bir insandır. Viktor Buta partiya sıralarına qoşulmaq təklifini qəbul etdiyinə görə təşəkkür edirəm”, – Slutski bildirib.

Qeyd edək ki, dekabrın 8-də ABŞ-da həbsdə olan Viktor But amerikalı basketbolçu Brittni Qraynerlə dəyişdirilərək Rusiyaya ekstradisiya olunmuşdu.

Teqlər: