ABŞ-dan gərginliyi artıracaq addım: Gəmilər Tayvan boğazında…

ABŞ-dan gərginliyi artıracaq addım: Gəmilər Tayvan boğazında…

Yaxın vaxtlarda ABŞ-a məxsus döyüş gəmiləri və təyyarələri Tayvan boğazından keçəcək.

AzerTimes xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının Hind və Sakit Okean Regional Məsələləri üzrə Koordinatoru Kurt Kempbell deyib.

“Vaşinqton Pekinin sabitliyi pozmaq cəhdlərinə qarşı Tayvanı dəstəkləmək üçün sakit və qətiyyətli addımlar atmağa davam edəcək. Bu addımların bir hissəsi olaraq, ABŞ gələcək həftələrdə Tayvan boğazından standart hava və dəniz keçidlərini tətbiq edəcək. Bundan başqa, Tayvanla ticarət danışıqları üçün yeni yol xəritəsi üzərində işləyirik. Bölgədəki varlığımız, mövqeyimiz və hərəkətlərimizlə Pekinin təxribatçı, həmçinin sabitliyi pozan davranışlarına qarşı Sakit okeanın qərb hissəsində vəziyyəti sabitləşdirməyə çalışacağıq”, – Ağ Ev rəsmisi bildirib.

Teqlər: