ABŞ Ukraynaya öz sərhədlərindən kənara zərbə endirməyə yardım etmir, lakin işğal edilmiş ərazilərində hərbi əməliyyat keçirməyə imkan yaradır.
AzerTimes xəbər verir ki, bu barədə Ağ Evin Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.
“Biz Ukraynanın sərhədlərindən kənara zərbə endirməyə şərait yaratmır və buna sövq etmirik”, – deyə o bildirib.