ABŞ-dan əsirlərin dəyişdirilməsinə münasibət

ABŞ-dan əsirlərin dəyişdirilməsinə münasibət

ABŞ Azərbaycan ilə Ermənistan arasında saxlanılan hərbçilərin dəyişdirilməsini alqışlayır.

AzerTimes xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller brifinq zamanı deyib.

“Biz bu addımı təşviq edirik və hər iki hökumətlə müzakirələr aparmışıq. Əvvəllər həbs edilmiş azərbaycanlıların və ermənilərin geri qaytarılmasını, həmçinin tərəflər arasında əlavə etimad tədbirlərinin müzakirə olunduğu barədə xəbərləri alqışlayırıq. Biz prosesi irəli aparmaq üçün Ermənistan və Azərbaycanla işləməyə davam edəcəyik. Biz inanırıq ki, hər iki tərəf buna səy göstərsə, sülh mümkündür”, – M.Miller qeyd edib.

Teqlər: