ABŞ Əsəd rejimi ilə diplomatik əlaqələrini inkişaf etdirməyəcək. Başqa ölkələrin də münasibətləri yenidən qurmasını dəstəkləmirik.
AzerTimes xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentindən Türkiyə mediasına bildirilib.
“Bölgə dövlətlərini Əsəd rejiminin son 10 ildə Suriya xalqına etdiyi zülmü, bununla yanaşı ölkənin böyük bir hissəsinə humanitar yardımların çatdırılmasının qarşısını almaq üçün davam edən səylərini diqqətlə nəzərdən keçirməyə çağırırıq. İnanırıq ki, Suriyada və daha geniş regionda sabitlik yalnız bütün suriyalıların iradəsini ifadə edən siyasi proses vasitəsilə əldə edilə bilər. Biz davamlı siyasi həllin ölkə daxilində qalmasını təmin etmək üçün müttəfiqlərimiz, tərəfdaşlarımız və BMT ilə işləməyə sadiqik”, – açıqlamada vurğulanıb.
Qeyd edək ki, bir müddət əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bəşər Əsədlə mümkün görüşün olma ehtimalı ilə bağlı açıqlama vermişdi.