ABŞ Ukraynaya əks-hücum etmək üçün istədiyi hər şeyi verdi, lakin irəliləyiş arzu olunandan daha yavaşdır.
AzerTimes xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiya koordinatoru Con Kirbi deyib.
“Ukraynalılar başa düşür ki, vaxt onların tərəfində deyil və payızın başlanğıcı ilə manevr etmək, PUA və hava hücumundan müdafiə sistemlərindən istifadə etmək çətinləşəcək. İşlər Ukrayna Prezidenti Vladimir Zelenskinin istədiyi qədər sürətlə getməsə də, Ukrayna ordusu bir sıra irəliləyişlər əldə edir”, – Kirbi bildirib.