ABŞ-dan Çinlə bağlı açıqlama: 100 faizlik rüsum…

ABŞ-dan Çinlə bağlı açıqlama: 100 faizlik rüsum…

Çox güman ki, Çinə 100 faizlik tariflər tətbiq etməyəcəyik.

AzerTimes xəbər verir ki, bunu ABŞ-ın maliyyə naziri Skott Bessent deyib.

O, Malayziyada Çinlə ticarət danışıqlarını müsbət qiymətləndirib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampla Çin Sədri Si Szinpinin görüşü öncəsi Malayziyada iki ölkə arasında oktyabrın 27-də ticarət sazişinin imzalanması üzrə razılıq əldə olunub.

Teqlər: