Belarusdakı ABŞ vətəndaşları dərhal bu ölkəni tərk etməlidirlər.
AzerTimes xəbər verir ki, bu barədə ABŞ-ın Minskdə səfirliyinin məlumatında deyilir.
Məlumatda Litvanın Belarusla sərhəd keçid məntəqələrini bağladığı bildirilib:
“Polşa, Litva və Latviya Belarusla daha çox sərhəd keçid məntəqəsinin qapadılmasının mümkün olduğunu bildirdilər. ABŞ vətəndaşları dərhal Belarusu tərk etməlidir”.
Səfirlik həmçinin ABŞ vətəndaşlarının Belarusa səfər etməmələri yönündə də xəbərdarlıq ünvanlayıb.