Vaşinqton Azərbaycan və Ermənistan xarici işlər nazirləri (XİN) arasında görüş keçirməyə hazırdır.
AzerTimes xəbər verir ki, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayen jurnalistlərə açıqlamasında deyib.
“Ümid edirəm ki, xarici işlər nazirləri ən qısa zamanda görüşmək imkanı tapacaqlar. Əgər bu, Vaşinqtonda baş verərsə, biz oynaya biləcəyimiz roldan asılı olmayaraq, onları məmnuniyyətlə qəbul edəcəyik. Ancaq bir çox kanallar var və hər iki tərəf effektiv birbaşa əlaqə saxlayır. Biz bu prosesdə dost kimi iştirak edirik”, – o bildirib.