Ermənistanla Azərbaycan arasında sülhün əldə olunması istiqamətində görülən işləri alqışlayırıq. Biz hər iki ölkənin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik.
AzerTimes xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib.
“Ümid edirik ki, onlar bir-birinin suverenliyini və ərazi bütövlüyünü tanıyan davamlı sülh müqaviləsi imzalayacaqlar. Tərəflər son bir ildə əhəmiyyətli irəliləyiş əldə ediblər və biz onları bu sürəti qoruyub saxlamağa və sülh müqaviləsinə nail olmağa təşviq edirik”, – Miller qeyd edib.