Pentaqon təxminən 2 min hərbçini İsraili dəstəkləmək üçün mümkün fəaliyyətlərə hazırlaşmağı əmr edib.
AzerTimes xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyindəki mənbələr məlumat verib.
Pentaqon əmin edir ki, ABŞ ordusu hərbi əməliyyatlarda iştirak etməli olmayacaq – onların funksiyaları məsləhətləşmə və tibbi yardım göstərməkdən ibarətdir.
Məlumata görə, söhbət həm Yaxın Şərqdə, həm də ondan kənarda, o cümlədən Avropada yerləşən hərbi personaldan gedir. Eyni zamanda, amerikalı hərbçilərin hansı şəraitdə və hansı vaxt çərçivəsində münaqişə zonasına köçürülə biləcəyi də aydın deyil.