Azərbaycan və Ermənistan XİN başçıları arasında sabahkı görüşdən irəliləyiş gözləmək olar.
AzerTimes xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin spikeri Alen Simonyan bu gün mediaya açıqlamasında deyib.
O bildirib ki, danışıqlar kifayət qədər intensivdir:
“Təkliflər və müzakirələr hər iki tərəfdə öz nəticəsini verir, bir yerdə biz razılaşırıq, başqa yerdə Azərbaycan. Mən çox ümidliyəm, hazırda görürəm ki, irəliləyiş var”.
O bildirib ki, danışıqların başqa alternativi yoxdur.
Qeyd edək ki, Azərbaycan və Ermənistan XİN başçıları arasında Vaşinqtonda görüş sabah baş tutacaq.