Xəbər - Orxan Nəbiyev – Trend:
ABŞ-ın Alabama ştatında zavodda silahlı şəxs öz iş yoldaşlarını atəşə tutub.
Trend-in məlumatına görə, hadisə nəticəsində iki nəfər həlak olub, daha iki nəfər isə yaralanıb.
Qeyd olunur ki, atəş açan şəxs hadisə yerindən uzaqlaşıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Hadisənin motivləri ilə əlaqədar araşdırma aparılır. Atəş açan şəxsin axtarışları davam edir.