ABŞ-da növbəti prezidentin kimliyindən asılı olmayaraq, Avropa öz təhlükəsizliyinə daha çox sərmayə qoymalıdır.
AzerTimes xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şolts Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı deyib.
“Biz həm indi, həm də gələcəkdə öz təhlükəsizliyimizlə daha çox məşğul olmalıyıq”, – O.Şolts bildirib.
Onun sözlərinə görə, ABŞ-da növbəti prezidentin kimliyindən asılı olmayaraq, Avropa Birliyi öz təhlükəsizliyinin gücləndirilməsi üçün səy göstərməlidir.