ABŞ-da yeni ədliyyə naziri təyin edilib

ABŞ Konqresinin Senatı Merrick Qarlendın yeni ədliyyə naziri – ölkənin baş prokuroru vəzifəsinə namizədliyini təsdiq edib.

Trend -in TASS-a istinadən verdiyi məlumata görə, M.Qarlend yaxın vaxtlarda vəzifəsinin icrasına başlayacaq.

Xatırladaq ki, 2016-cı ildə ABŞ-ın sabiq prezidenti Barak Obama Qarlendin namizədliyin ölkənin Ali Məhkəməsi üzvlüyünə təqdim etmişdir. Lakin o dövrdə Respublikaçıların nəzarətində olan Senat daxili siyasi səbəblərdən bu təyinatı qəbul etməmişdir.

Teqlər: