ABŞ-da yeni Azərbaycan diaspor təşkilatı yaradılıb

ABŞ-da yeni Azərbaycan diaspor təşkilatı yaradılıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən AzerTimes-a verilən məlumata görə, Kamran Qarayev və Əsmər Hüseynovanın birgə təşəbbüsü ilə ABŞ-ın Yuta Ştatında fəaliyyət göstərən “Yuta–Azərbaycan Dostluq Təşkilatı” rəsmi qeydiyyatdan keçib.

Bu barədə Yuta Ticarət Nazirliyinin korporasiya və kommersiya kodeksi şöbəsinin direktoru Li Veylettin Yuta–Azərbaycan Dostluq Təşkilatına ünvanladığı məktubda bildirilib ki, təşkilat Yuta Ştatının qanunvericiliyinə müvafiq olaraq hüquqi şəxs qismində qeydə alınıb.

Qeyd edək ki, yeni təşkilatın rəhbəri Amerika Azərbaycanlıları Koordinasiya Şurasının üzvü, Yuta-Azərbaycan İcmasının nümayəndəsi Əsmər Hüseynovadır.

Teqlər: