ABŞ-da Yəmənin bombalanmasına qarşı etiraz aksiyası

ABŞ-da Yəmənin bombalanmasına qarşı etiraz aksiyası

Nyu Yorkda ABŞ və Böyük Britaniyanın Yəməndə husilərə qarşı hərbi əməliyyatlarını pisləyən etiraz aksiyaları keçirilib.

AzerTimes xəbər verir ki, bu barədə ABŞ mətbuatı məlumat yayıb.

Manhettenin mərkəzindəki Tayms-skver meydanına toplaşan etirazçılar Yaxın Şərq ölkələrinin bombalanmasını dayandırmağı tələb ediblər.

Onlardan bəziləri əllərində Fələstin bayrağı və plakatlar tutaraq İsrailin Qəzza zolağındakı əməliyyatını dayandırmasını istəyib.

Analoji etiraz aksiyası Ağ Evin yaxınlığında da keçirilib.

Teqlər: