Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyinin səyləri ilə
“Xocalı Soyqırımı: ABŞ mediasında və beynəlxalq hesabatlarda”
başlıqlı kitabça nəşr olunub.
Səfirlikdən AzerTimes-a verilən məlumata görə, kitabçanın 25 fevral
tarixində ABŞ-ın nüfuzlu Kennedi Mərkəzinin “Ədalət Forumu” zalında
Xocalı Soyqırımı ilə bağlı təşkil olunmuş anım tədbirində ilk
təqdimatı keçirilib.
Qeyd edilən nəşrdə ABŞ-ın nüfuzlu The Washington Post, The New
York Times, The Wall Street Journal, Los Angeles Times, The Boston
Globe, Chicago Tribune, The Philadelphia Inquirer və s. mətbu
orqanlarında nəşr olunmuş məqalələr, qərb müəlliflərinin
kitablarından çıxarışlar və beynəlxalq hesabatlardan yazılar əks
olunub. Müvafiq məqalələr ABŞ Konqresinin kitabxanasının arxivindən
toplanıb.
Nəşrin ABŞ-da aidiyyəti dövlət qurumlarına və Konqresə təqdim
edilməsi nəzərdə tutulur.
Kitabça ilə aşağıdakı keçiddə tanış olmaq mümkündür: