ABŞ-da xəstəxana ərazisində atışma nəticəsində azı 3 nəfər ölüb

Oklahoma ştatının Talsa şəhərində Sent-Fransis xəstəxanasının
ərazisindəki binada baş verən atışma nəticəsində azı 3 nəfər ölüb,
bir neçə nəfər yaralanıb.

Trend bu barədə
NBC News telekanali mlumat yaylb.

Qeyd olunyr ki, hadisə xəstəxana kompleksinin tibb
korpuslarından birində baş verib. Polis atıcının güllə yarası
aldığını güman edir. Hazırda hadisə yeri mühasirəyə alınıb,
hüquq-mühafizə orqanlarının əməkdaşları zərərçəkənlərin axtarışı
üçün mərtəbə-mərtəbə yoxlamalar aparır.

Hadisə yerli vaxtla saat 17:00 radələrində (2 iyun Moskva vaxtı
ilə 01:00) baş verib, bir neçə nəfər yaralanıb, atıcı
zərərsizləşdirilib. Zərərçəkənlərin vəziyyətinin ağırlığı və
hadisənin səbəbləri barədə hələlik məlumat verilmir.