ABŞ-da universitet ərazisində atışma olub, ölən və yaralananlar var

ABŞ-ın Luiziana ştatında yerləşən Qremblinq Dövlət Universitetinin ərazisində atışma baş verib.

AzerTimes-ın “CNN” telekanalına istinadən verdiyi məlumata görə, atışma univesitetdə məzunların görüşü keçirilən zaman meydana gəlib.

İnsident nəticəsində 1 nəfər həlak olub, bir neçə nəfər isə yaralanıb.

Bildirilri ki, atəş açan şəxs hələ saxlanılmayıb. Faktla bağlı araşdırma aparılır.