2021-ci ildə iqtisadiyyatda pandemiyadan sonra aparılan bərpa tədbirləri nəticəsində ABŞ-da ÜDM artımı 1984-cü ildən bəri ilk dəfə 7 faizdən çox ola bilər.
AzerTimes-ın TASS-a istinadən verdiyi məlumata görə, bu proqnozu Nyu-York Federal Ehtiyat Bankının prezidenti Con Vilyams “Əmlak və maliyyə sahələrində qadınlar” illik simpoziumunda onlayn formatda çıxış edərkən bildirib.
Aprel ayının əvvəlində Beynəlxalq Valyuta Fondu (BVF) bu il ABŞ-da ÜDM-in artım tempinin 6,4 faiz, 2022-ci ildə isə 3,5 faiz olacağını ehtimal edib. ABŞ Ticarət nazirliyinin məlumatlarına görə, 2021-ci ilin birinci rübündə illik hesablamada ÜDM artımı ölkədə 6,4 faiz təşkil edib.